!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qarabağın növbəti oyun PROQNOZU: "Oyundan sonra azarkeşlər kütləvi şəkildə..." - ŞƏRH

!Reklam – Yazi

Bildiyimiz kimi sabah “Qarabağ”ı vacib oyun gözləyir. Ağdam təmsilçilər səfərdə “Olimpiya” ilə qarşılaşacaq. Avropa Liqasının pley-off mərhələsində “Olimpya” ilə keçiriləcək ilk oyun üçün komanda artıq Sloveniyaya yollanıb.

Oyun haqqında Yenicag.az-ın suallarını cavablandıran idman jurnalisti Sənan Şəfizadə komandadan ümidli olduğunu və yeni tarix yazıla biləcəyini deyib.

“Birinci oyun hər zaman çətindir. Çünki rəqibin hansı vəziyyətdə olduğu ancaq oyunda hiss olunur. Köhnə oyunlara baxib fikir yürütmək olar, amma real olaraq onların nə hazirladığı məhz oyunda bilinəcək. Səfərdə oynamaq istənilən halda asan deyil. Bir yandan yaxşıdır ki, cavab oyunu Bakıdadır. Amma birinci oyun “Qarabağ” üçün çox önəmlidir.

Son illər “Qarabağ” səfərdə çox yaxşı nəticə qazanıb. Amma hazırkı “Qarabağ”ın heyətində müəyyən dəyişikliklər var. Bəzi oyunçular getdi, bəziləri gəldi . Yeni gələnlər isə heyətə tam uyğunlaşmayıblar. Bu səbəbdən mən oyunu çox çətin adlandırıram.

Futbol həvəskarları xatırlayır ki, bu komanda ilə bir neçə il öncədə qarşılaşıb “Qarabağ”. Asan oyun olmayacaq. Rəqib bir qədər atletik oyuna üstünlük verir. Və çalışacaq ki, ilk oyun da qol vurub öz qapısında qol görməsin. Lakin “Qarabağ” səfərdə qol vursa, daha yaxşı olar. Mənə elə gəlir ki, bu cütün taleyi mütləq halda gələn həftə Bakıda həll olunacaq. Və sabahkı oyundan sonra azerkeşlər kütləvi şəkildə bilet almağa qaçacaqlar ki, Bakıdakı oyunda komandanın yanında olsunlar.

“Qarabağ”ın oyunu getdikcə yaxşılaşır. Gördüyünüz kimi, komandada çox ciddi dəyişikliklər baş verdi. Real danışaq ki, “Qarabağ” 100% hazır vəziyyətdə deyil hal-hazırda. Qurban Qurbanov çalışır ki, komanda hər oyundan sonra daha da inkişaf etsin. Yenə də mənə elə gəlir ki, cütün taleyi Bakıda həll olunacaq və “Qarabağ” birinci oyunda sərfəli nəticə qazana biləcək”.

İdman jurnalisti Bədavi Hüseynov və Marko Veşoviçin zədədən əziyyət çəkməsi ilə bağlı xəbərə də münasibət bildirib.

“Bədavi və Veşoviç çox ciddi itkilərdir. Çünki hər iki oyunçu komandanın müdafiə xəttinin dirəklərindəndir. Müdafiənin axsaması qapıçıya da ciddi problemlər yaradır. Onların yerinə çıxacaq oyunçularda bir qədər təcrübə çatızmazlığı ola biləcəyini düşünürəm. Onu da bilirik ki, “Qarabağ” əksər hücümları müdafiədən başlayır. Bu itki komandaya təsirsiz ötüşməyəcək. Amma məncə, baş məşqçi bu boşluğu doldurmağa çalışacaq.

Məncə “Qarabağ ” bu il bizi sevindirəcək. Fikrimcə, komandanın Avro Liqaya böyük şansı var. Avropa Liqasına düşsə, bu, həm də çoxlu maliyyə gəliri deməkdir, həm də daha güclü komandalara qarşı oyunayaraq yeni tarix yazıla bilər. Düşünürəm “Qarabağ” bu şansı istifadə edəcək”.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Natavan Abbaslı

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv