!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qarabağ”ın NÖVBƏTİ SINAĞI: “Rəqib bizə “3 xal” gözü ilə baxsa da...”

!Reklam – Yazi

“Oyunun mümkün nəticəsindən danışsaq, fikrimcə, minimal hesab qeydə alına bilər”.

Bu fikirləri Avropa Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün baş tutacaq “Hakken” – “Qarabağ” matçı ərəfəsində komandaların durumunu və mümkün nəticəni dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəqib ilk turda “Bayer Leverkuzen”ə məğlub olduğu üçün ev oyununda bunun qisasını bizdən almağa çalışacaq:

“Bildiyimiz kimi, bu gün “Qarabağ” Avropa Liqasının ikinci turunda İsveçin “Hakken” komandasının qonağı olacaq. Komandamızın daxilində oyunöncəsi atmosfer möhtəşəm səviyyədədir. “Qarabağ” bu oyunun favoriti sayılır. Hətta səfərdə oynayacaq “Qarabağ”ın rəqibə 2-3 qol vuracağını düşünənlər də var.

Lakin nəzərə almaq lazımdır ki, “Hakken” son oyunda AEK-i 2-0 hesab ilə məğlubiyyətə uğradıb. Daxili liqada qələbələri az deyil. O baxımdan, düşünürəm ki, “Hakken”in də müəyyən şansları var. Komandamıza gəldikdə, qapı və müdafiə xəttimiz yaxşı səviyyədədir. Lakin unutmayaq ki, rəqib də intizamlı futbol nümayiş etdirir. Bu da oyunun asan keçməyəcəyini göstərir.

Oyunun mümkün nəticəsindən danışsaq, fikrimcə, minimal hesab qeydə alına bilər. Bir məqamı da diqqətə çatdıraq ki, hər iki komandanın hücum potensialı yüksək səviyyədədir. Rəqib komanda bizə “3 xal” gözü ilə baxır.

İlk turda “Bayer Leverkuzen”ə məğlub olduğu üçün ev oyununda bunun qisasını bizdən almağa çalışacaqlar. Sadəcə olaraq, bu gün “Qarabağ”ın əsas problemi hücumda olacaq. Komandamızın “Hakken” kimi rəqiblə hücumda oynadacaq oyunçularının olmaması bizim ən böyük çatışmazlığımızdır”.

Yusif Səmədzadə

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv