!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın oyununa fransız hakim – SİYASİ QƏRAR?

!Reklam – Yazi

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Benua Bastyen qoruyacaq. Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimi Benua Miyo olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

UEFA-nın bu təyinatı bir çox azarkeş tərəfindən birmənalı qarşılanmayıb. Azarkeşlər təyin olunan hakimin fransalı olmasına görə “Qarabağ”a qarşı qərəzli qərarlar veriləcəyindən ehtiyatlanır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Aut.az saytının baş redaktoru Natiq Muxtarlı bildirib ki, bu cür iddialar sadəcə şayiədir.

“UEFA və FİFA-nın hakimlərlə bağlı təyinatlarında bu cür amillərə yer yoxdur. Əgər hər hansı bir hakim “Qarabağ”ın oyununda səhv edəcəksə, sözsüz ki, UEFA onu cəzalandıracaq.

UEFA ümumiyyətlə, siyasətin futbola qarışmasının qəti əleyhdarıdır. Digər tərəfdən, Fransa ilə Azərbaycan arasında müəyyən mənada siyasi gərginlik olsa da, müharibə vəziyyətində olan ölkələr deyilik. Buna görə də bu cür iddialar yanlışdır.

Şayiələrə azarkeş prizmasından yanaşmaq lazımdır. Bundan öncə “Qarabağ”ın “Braqa” ilə oyununu idarə edən bolqar Georgi Kabakov klubumuza qarşı daha sərt qərarlar verdi. Adətən, Avrokubok oyunlarında ev sahibi komandaya qarşı hakimlər nisbətən daha yumşaq qərarlar verir, lakin “Braqa” ilə Bakıdakı oyunda tam əksini gördük. Ona görə də bu cür fikirlərə ciddi yanaşmaq lazım deyil”.

N. Muxtarlı hakim təyinatının dəyişdirilməsi ehtimalından da danışıb:

“Hansısa ölkələr arasında ciddi qarşıdurma və ya müharibə vəziyyəti olarsa, UEFA bu amilləri nəzərə alır. Təbii ki, qurum bu cür həssas nüansları nəzərə almasa, müraciət əsasında hakim dəyişdirilə bilər. Ancaq dediyim kimi, Azərbaycanla Fransa arasında hər hansı ciddi konflikt olmadığı üçün belə bir müraciətə ehtiyac yoxdur. Bu cür yanaşsaq, onda gərək türkiyəli hakimlər Yunanıstan klubların oyununa təyinat almasın. Hansısa ciddi əsas olmalıdır ki, UEFA hakim təyinatını dəyişdirsin”.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv