!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

!Reklam – Yazi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, qarşılaşmalar öncədən planlaşdırıldığı kimi iki günü deyil, üç günü əhatə edəcək.

Buna “Qarabağ” səbəb olub. Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək Ağdam klubu “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə”nin razılıq məktubunu rəhbər tutan qurum “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən 11-nə keçirib.

Qeyd edək ki, cavab görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”

12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

13 fevral (bazar)
18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv