!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağın qazaxıstanlı ŞƏHİDİ: Ailəsi 28 il sonra tapıldı - VİDEO / ÖZƏL

!Reklam – Yazi

Birinci Qarabağ müharibəsində şəhid olmuş Qazaxıstan vətəndaşı Barımbetov Erbol Tulexanovıçın aləsi 28 il sonra tapılıb və onun məzarını ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, 20 aprel 1994-cü ildə Tərtər istiqamətində şəhid olan Barımbetov Erbol Tulexanovıçın ailəsi onun qəbrini ziyarət edib.

Barımbetov Erbol Tulexanovıç könüllü olaraq Azərbaycana gələrək müharibədə iştirak edib və bir dəfə yaralanmağına baxmayaraq, yenidən döyüşlərə qatılıb. 28 il öncə bu gün 9 nəfərlik qrupla əməliyyata gediblər. Əməliyyat zamanı 9 hərbçidən 8-i şəhid olub. Barımbetov Erbol Tulexanovıç şəhid olanlar arasında olub. Onun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib. Məsələ ondadır ki, onun ailəsi ilə heç cür əlaqə qurmaq mümkün olmayıb. Yalnız yaxın günlərdə onlarla əlaqə yaratmaq mümkün olub.

Barımbetov Erbol Tulexanovıçın dayısı, qardaşı və bir neçə qohumu onun qəbrini ziyarət etmək üçün Bakıya gəliblər. Ziyarətdə Qazaxıstan səfirliyinin attaşesi də iştirak edib.

Anım tədbirində Qazaxıstandan gələn Barımbetov Erbol Tulexanovıçın qohumları ilə yanaşı onun döyüş yoldaşları da iştirak ediblər.

Barımbetov Erbol Tulexanovıçın döyüş yoldaşlarının, ailə üzvlərinin 28 il sonra baş tutan bu görüşünün videoreportajını sizə təqdim edirik:

Səxavət Məmməd

www.yenicag.az

1254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv