!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın rəqibi darmadağın oldu: 5:0

!Reklam – Yazi

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında 21-ci tur oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, komanda səfərdə “Sportinq”lə qarşılaşıb. Matçda “Sportinq” “Braqa”nı darmadağın edib – 5:0.

Hazırda turnir cədvəlində “Braqa” 40 xalla 4-cüdür. Sıralamaya 52 xalla “Sportinq” liderlik edir.

“Braqa” növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Ağdam təmsilçisi ilə “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

“Sportinq” – “Braqa” – 5:0

Qollar: Trinçao, 8, Quareşma, 18, Qyökeres, 71, Braqança, 73, Santos, 85

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv