!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın UEFA reytinqindəki mövqeyi məlum oldu

!Reklam – Yazi

Avrokubokların 1/8 final mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanı “Top-100″də yalnız bir komanda ilə təmsil olunub.

Son ölkə çempionu “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”ə 2:3 hesabı ilə uduzub. Bununla da avrokuboklarda mübarizəni dayandıran Qurban Qurbanovun yetirmələrinin aktivində 33,000 xal qalib.

“Qarabağ” Avropada 57-ci yerə şərikdir. Ağdam klubu “Betis”lə eyni göstəriciyə malikdir. Bu iki komanda 57-58-ci yerləri bölüşür.

“Qarabağ” ötən cədvəllə müqayisədə bir addım geriləyib. Təmsilçimiz “Fiorentina”nı önə buraxıb. İtaliya klubu 34,000 xalla 55-ci yeri “Fənərbaxça” ilə bölüşür.

Qeyd edək ki, siyahıya 146,000 xala malik “Mançester Siti” başçılıq edir.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv