!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağla bağlı məsuliyyətsiz ŞƏRHLƏR: "Bəziləri Xankəndini, Xocalını, Ağdərəni alıblar..." - ETİRAZ

!Reklam – Yazi

“Bu gün TV kanallarına çıxan, adını ekspert qoyan şəxs sabah internet TV-lərə çıxıb deyir ki, Xocalı da, Xankəndi də nəzarətimizdədir. İndi həmin şəxs də, həmin internet TV də çıxıb cavab versin ki, niyə yalan məlumat verirlər və bunu tirajlayırlar”.

Bu sözləri Qarabağda baş verən prosesləri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, bəzi şəxslər səsləndirdiyi sərsəm fikirlərlə Qarabağda görülən işlərə mane olur:

“Bu gün ilanın quyruğunu tapdalanıb, yaralıdır. Bu gün əvvəllər dediyimiz söhbətlər Qarabağda həyata keçirilir, bu da həddən ziyada qıcıq yaradır. Hətta Rusiya TV kanallarında Azərbaycanın bombalanması, neft mədənlərinin vurulması açıq şəkildə təbliğ edilir. Bunun səbəbi bizim çay gəlməmiş çırmananların, yay gəlməmiş qızışanların təqsiridir. Qarabağda işlər görülür. O işlərin hamısı zərgər dəqiqliyi ilə həyata keçirilir. Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirildi, ondan sonra Rusiyanın müvafiq nümayəndə heyəti Azərbaycana səfərə gəldi və bunlardan sonra Qarabağda müəyyən əməliyyatlar həyata keçirilməyə başlanıldı. Əməliyyatlar keçirilib bitməmiş bəziləri Xankəndini, Xocalını, Ağdərəni alıblar, erməniləri də qovublar. Bu da bütün dünyada Azərbaycana qarşı çevrilir. Yəni guya Azərbaycan Rusiya ilə birləşərək erməni əhalisini qovur, qazını kəsir. Digər tərəfdən də Rusiya auditoriyasına yeridirlər ki, Azərbaycan tərəfi vəziyyətdən istifadə edib rus əsgərlərinin üzərindən bu işləri görür. Səbəb də odur ki, Azərbaycan tərəfində informasiya sahəsində heç bir düzən yoxdur.

Azərbaycanda bəzi saytlar, bəzi internet TV-lər, bəzi “ekspert”lər informasiya savaşına əməl etmirlər. O da vəziyyətin bu cür qəlizləşməsinə səbəb oldu. Yenə yük düşür Azərbaycan ordusunun, diplomatiyasının üzərinə.

İndiki həssas məqamda çox ehtiyatlı hərəkət etmək lazımdır. Erməni tərəfi indiki vəziyyətdən daha yaxşı istifadə edir. Özlərini yazıq görkəminə salırlar. Soyuqdan donduqlarını, işıqlarını, qazlarını kəsdiyimizi deyirlər. Halbuki Avropa Birliyinin qəbul etdiyi qərara görə, Sərsəng su anbarından Azərbaycana su verilməlidir. Bu günə qədər də ona əməl olunmur. Ancaq yenə də bütün ölkələr Azərbaycana qarşı gəlir. Yenə deyəcəklər ki, ikili standartla yanaşırlar. İşini elə qurmalısan ki, ikili standartla üzləşməyəsən. Necə olur ki, həm Avropanın, həm də Rusiya hakimiyyətinin qınağına tuş gəlirsən. Bu kimin günahıdır? Belə olmaz. Hamısı informasiya sahəsində pul qazanmaq həvəsində olanların boş və sərsəm çıxışlarına görədir”.

Səxavət Məmməd

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv