!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaraciyər və ürək xəstəliklərinin təbii dərmanı bu bitkidir - FOTO

!Reklam – Yazi

Hazırda dünyada havanın çirklənməsi ən yüksək həddə çatıb. Yeyilən qidalar, istifadə edilən gözəllik məhsulları da eyni zərərli maddələrlə dəstəklənir. Lakin bütün bunlara baxmayaraq, bədən öz təbii detoksunu həyata keçirərək özünü təmizləməyi bacarır. Buna köməkçi olan qidalardan biri də dəvətikanıdır.

Yenicag.az bədənin əsas antioksidantını artıran, qaraciyəri qoruyan dəvətikanı haqqında məlumatı sizinlə bölüşür.

Qaraciyər ətraf mühit faktorlarına ən həssas orqanımızdır. Bu kritik vəzifəyə görə, qaraciyərin ən yaxşı şəkildə işləməsi üçün bədənin təbii şəkildə dəstəklənməsi lazımdır.

Orqanizmin əsas antioksidantını artırır.Süd kimi qaraciyəri ləkəsiz edir.Bu içki dünyaya dəyər...

Dəvətikanı qaraciyərin qorunmasına, düzgün işləməsinə və hətta cavanlaşmasına kömək edə bilər. Qaraciyərin qorunması zamanı arzuolunmaz birləşmələr parçalanır. Bu parçalanma zamanı dəvətikanı yaranan sərbəst radikalları zərərsizləşdirir.

Digər tərəfdən bu bitki ürək xəstəliklərinə qarşı da istifadə edilir.

Orqanizmin əsas antioksidantını artırır.Süd kimi qaraciyəri ləkəsiz edir.Bu içki dünyaya dəyər...

Qeyd edək ki, dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənilir və spesifik, bir qədər də turş dada malikdir. Ödqovucu, tərqovucu və hərarətsalıcı xassəsi var. İshal, dizenteriya və babasildə tətbiq olunur. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsaq xorasında yaraları sağaltmağa kömək edir.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv