!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaraciyəri qorumağın yolu: ASKOLİV - Zədələyən əsas amillər nələrdir?

!Reklam – Yazi

Qaraciyər orqanizmdə cüt olmayan ən iri ölçülü orqandır. Qarın boşluğunun sağ üst hissəsində, qabırğaaltı nahiyədə yerləşir. Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirir.
Qaraciyər orqanizmin laboratoriyası hesab olunur.Qaraciyər biokimyəvi laboratoriya olub, orqanizmə daxil olan qida, su və havanın tərkibində olan zərərli maddələri təmizləyib süzgəcdən keçirir. Qəbul etdiyimiz qidalarda, suda və havada kifayət qədər zərərli maddələr mövcuddur. Məhz, qaraciyər bu maddələri zərərsizləşdirmək üçün çalışır və qanın təmizlənməsini təmin edir.

Qaraciyər lal orqandır

Qaraciyər yeganə orqandır ki, hər hansı patoloji prosesə məruz qaldıqda ağrı hissi olmur, çünki qaraciyərdə ağrı reseptorları yoxdur. Qaraciyər xəstəlikləri, adətən uzun müddət ərzində əlamətlərini büruzə vermədən davam edir və bir çox hallarda gecikmiş mərhələlərdə aşkar olunur. Qaraciyərdən fərqli olaraq onun xarici qişası sinir hüceyrələri ilə əhatə olunmuşdur. Ağrı qaraciyərin həcminin böyüməsi nəticəsində meydana çıxa bilər. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrının olması, orqanın hər hansı bir patoloji prosesə məruz qalmasının əlaməti ola bilər.

Qaraciyəri zədələyən amillər

Qaraciyərin özü özünü bərpa etmək qabiliyyəti güclü olsa da (regenerasiya) bəzi amillər var ki, onlar qaraciyərə çox ciddi ziyan vurur, qaraciyəri məhv edir.

Bu amillər hansılardır?

Spirtli içkilər: kişilər 40-60 qr, qadınlar isə 20-30 qr davamlı olaraq təmiz spirtdən istifadə etdikdə qaraciyərin alkoqol zədələnməsinə səbəb olur və qaraciyər iltihabı – hepatit yaranır. Qaraciyərin alkoqol zədələnməsi dedikdə qəbul edilən spirtli içkinin növü deyil, sutkalıq etanolun miqdarı vacibdir. Məs: 10ml etanol 25 ml-araqda, 100ml şərabda, 200ml pivədə aşkarlanır.

Virus hepatitləri: virus hepatitləri qaraciyər xəstəliklərinin, o cümlədən qaraciyər sirrozu və xərçənginin əsas səbəbidir. Bu viruslar əsasən qan vasitəsilə (cərrahi əməliyyat, dişlərin müalicəsi, qanköçürmə və s.) bir insandan digərinə keçir.

Dərmanlar: müxtəlif xəstəliklərin müalicəsi zamanı uzun müddət dərman preparatlarının qəbulu qaraciyərin zədələnməsinə səbəb olur.

Sağlam olmayan qidalanma:

qidalanmada fast food, yağlı, qızardılmış (kabab), hisə verilmiş qidaların, şəkərin, şirniyyatların, trans yağların (marqarin və s.) həddindən artıq çox olması qaraciyərin sağlamlığı üçün olduqca ziyanlıdır.

Qaraciyər zədələnməsinin əlamətləri

Qaraciyər zədələnməsi özünü bir çox əlamətlərlə büruzə verir; sağ qabırğaaltı nahiyyədə ağrı, daima yuxulu, halsız olmaq, baş ağrıları, bağırsaq funksiyasının pozulması (qəbizlik və ya ishal), yeməkdən sonra tez doyma hissi, qarında şişkinlik, köp, ürəkbulanma, qusma, ağızda pis qoxunun olması, sürətlə kökəlmək və artıq çəki, dəridə damar ulduzcuqlarının yaranması, quruluq hissinin olması, üzdə səpkilərin yaranması, gecələr qaşınma, sidik və nəcisin rənginin dəyişməsi, saç tökülməsi və kəpək, gözün ağlı qişasında sarılıq və s.

Qaraciyərin sağlamlığı mütləqdir

Qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün bu orqanın profilaktik olaraq qorunmasına xüsusi diqqət yetirmək lazımdır.

ASKOLİV kapsulları tərkib komponentlərinin sayəsində qaraciyər zədələnməsinin qarşısını alır, zədələnmiş qaraciyər funksiyalarını bərpa etməyə kömək edir. Tərkibində olan L-ornitin qaraciyərin patoloji təsirlərə qarşı müqavimətini artırır, detoksifikasiya funksiyasını gücləndirir, qaraciyərin funksiyalarını bərpa etməyə kömək edir. L-qlütation ağır metalları, dərman qalıqlarını, toksinləri, zərərli maddələri orqanizmdən xaric edir, immun sistemi gücləndirir, kimyaterapiya qəbul etmiş xəstələrdə zərərli və zədələyici təsirləri azaldır. Ənginar yarpaqlarının ekstraktı qaraciyər qoruyucusudur. Həmçinin, qanda şəkərin azalmasına kömək edir. Adi alaqanqal qaraciyərin toksiki zədələnmələrində, kəskin və xroniki hepatitdə, qaraciyər sirrozunda, lipid mübadiləsi pozğunluğunda və qaraciyər distrofiyasında effektiv təsir edir.

ASKOLİV 1 kapsuladan gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə sonra qəbul olunur.

ASKOLİV kapsullarını şəhərimizin apteklərindən əldə edə bilərsiniz.

www.yenicag.az

1827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv