!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaradağda yataqxana sökülür: təhlükəsizlik qaydalarına riayət olunmur – VİDEO

!Reklam – Yazi

Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsindəki pilot layihə çərçivəsində 4 nömrəli yataqxanada söküntü işlərinə başlanılıb. Amma bu işlər heç bir qabaqlayıcı tədbir görülmədən aparılır.

Yenicag.az ATV Xəbər-ə istinadən xəbər verir ki, sökülən binada tullantılar yola, hətta yolun hərəkət hissəsinə tökülür ki, bu da həm piyadaların, həm də ərazidə yaşayan və oynayan azyaşlıların həyatına təhlükə yaradır.

Çəkiliş zamanı əraziyə Mənzil Kommunal İstismar Sahəsinin rəisi Misir Mahmudov gəldi. Sualları cavablandırmaq üçün idarəyə getməyin lazım olduğunu dedi.

İşçilərin təhlükəsizliyi məsələsi ilə bağlı Misir Mahmudov bildirdi ki, onlar tərəfindən binanın yalnız dam örtüyü sökülür. Əsas, yəni daş söküntülərini müqavilə bağlayacaqları podratçı şirkət həyata keçirəcək.

Tikinti üzrə ekspertlər isə qeyd edirlər ki, istənilən formada aparılan söküntü işləri zamanı tikinti təhlükəsizliyinə mütləq şəkildə əməl olunmalıdır.

“Hər hansı bir bina tikintisi, yaxud da söküntü zamanı müəyyən torlardan istifadə olunur. O cümlədən sərt baryerlərdən, piyadalar üçün xüsusi körpülərdən istifadə olunur. Hansıların ki altından piyadalar təhlükəsiz şəkildə hərəkət edə bilsinlər”, – Tikinti təhlükəsizliyi üzrə ekspert Samir Nəbiyev söylədi.

Işçilərin təhlükəsizliyi məsələsinə gəlincə ekspert bildirdi ki, onların fərdi mühafizə vasitələri işəgötürən tərəfindən təmin olunmalıdır. Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənir. O cümlədən bu, işçilərin hüquqlarıdır.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv