!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaranlıqda qalan KƏND: Problem nə vaxt həll olunacaq? - Rəsmi qurumlardan AÇIQLAMA

!Reklam – Yazi

Ağcabədi rayonunun bəzi kəndlərində hər gün işıq problemi yaşanır. Belə ki, bəzən saatlarla işıq sönür, bəzən də gecə səhərə kimi kəndlər qaranlığa qərq olur. Nəzərə alsaq ki, yay fəslindəyik, istiyə dözmək olmur, bu, həqiqətən də kənd camaatına zülmdür. Həmçinin rayonda işıq sönən zaman su da kəsilir.

Bunun səbəbi nədir? Niyə insanları “mədəni” şəkildə istidən öldürürlər?

Neçə vaxtdır deyilir ki, kabelləşdirmə işləri aparılacaq, problem həll olacaq. Nə vaxt?

Məsələ ilə bağlı Yenicag.az bir neçə qurumla əlaqə saxlayıb. İlkin olaraq Ağcabədinin işıq idarəsi bildirir ki, ərazidə təmir işləri gedir:

“Müxtəlif səbəblərdən təmir prosesi aparılır. Axşam saat  17.00-a kimi işıq olmayacaq”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu da eyni cavabı verib.

Həmçinin qeyd edib ki, bu problem onların yox, “Azərenerji”nin problemidir.

“Azərenerji”nin mətbuat katibi Teymur Abdullayev isə xırda təmir işlərinin getdiyini bildirib:

“Zəngəzur xətlərinin bərpası gedir. Qısa müddətli problemlərdir”.

Şahanə

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv