Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qardaş qardaşı bıçaqladı – Bakıda

Axşam saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.

Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilən Oqtay Qarayev dərhal əməliyyat olunub. Zərərçəkmişin çoxlu qan itirməsinə baxmıyaraq, həkimlər onun həyatını xilas edə biliblər. Ancaq hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin istintaq-əməliyyat qrupu faktı araşdırır.

www.yenicag.az

1758
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM