!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qardaşım yalan deyir..." - Partlayış olan sexlə bağlı ZİDDİYYƏTLİ AÇIQLAMA/YENİLƏNDİ

!Reklam – Yazi

Tağı İbrahimov Binəqədidə partlayış hadisəsi baş verən mebel sexinin sahibi olduğunu inkar edib.

Yenicag.az xəbər verir ki, T.İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, yanan mebel sexi onun deyil.

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: “Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

***

12:00

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən, partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, sözügedən mebel sexi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb./qaynarinfo

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv