!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qardaşını ailəsinin gözü önündə öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI

!Reklam – Yazi

28 dekabr 2021-ci il tarixdə radələrində Saatlı rayonu Qıraqlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.

Saatlı rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış istintaqla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun arvadının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv