Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"Qardaşlıq əbədidir": Azərbaycandan "Zeytun Budağı" əməliyyatına dəstək - FOTOLAR

Bu gün Azərbaycanın aparıcı QHT-lərinin təşəbbüsü ilə Türkiyə dövlətinin terrorla mübarizə hərəkatına dəstək məqsədiylə “Qardaşlıq əbədidir” devizi altında tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına yollanaraq, Azərbaycanın suverenliyi uğrunda canından keçən igid oğul və qızlarımızı yad ediblər. Ardınca “Gəncliyə Yardım Fondu”nun inzibati binasında bir araya gələn iştirakçılar Türkiyənin terrora qarşı apardığı mübarizədən söz açıblar. Tədbirdə Türkiyə Cümhuriyyətinin dünyada və regionda təhlükəsizliyə və sülhə böyük təhdid olan prosesin qarşısını almaq üçün beynəlxalq təşkilatlar və aparıcı dövlətlərlə davamlı müzakirələr apardığı, lakin bunların nəticəsiz qaldığı vurğulanıb.

Bunun nəticəsi kimi, Türkiyə Silahlı Qüvvələri 2018-ci ilin 20 yanvarında Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlı hərəkata başlayıb. Qeyd olunub ki, əməliyyat nəticəsində yüzlərlə terrorçu məhv edilib, bu qruplaşmaların mövqelərinə sarsıdıcı zərbələr endirilib. Tədbir zamanı Türkiyənin əməliyyata başladığı gündən onu ilk dəstəkləyən dövlətin Azərbaycan olduğu bildirilib.

Qeyd olunub ki, Azərbaycan dövlət qurumları və ictimaiyyət nümayəndələri bununla bağlı bəyanatlarla çıxış edərək, qardaş Türkiyənin haqlı mövqeyinə dəstək veriblər. 200 ildən artıqdır ki, erməni terrorundan əziyyət çəkən Azərbaycanın antiterror əməliyyatları zamanı strateji müttəfiqi olan Türkiyənin yanında yer alması təbii bir məsələ olduğu söylənilib.

Türkiyənin Afrinda həyata keçirtdiyi terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan – Türkiyə qardaşlığının əbədiliyini, bundan sonra da lazım olan hər cür qardaş köməyinə hazır olduqlarıını bəyan etmək üçün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Müasir İnkişaf İctimai Birliyi, Gəncliyə Yardım Fondu, Azərbaycan Gənc Alim, Aspirant və Magistr Cəmiyyəti, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi, Dünya Gənc Yazarlar Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən təşkilat komitəsi yaradılıb.

Tədbirdən sonra isə təşkilat komitəsinin mövqeyini ortaya qoyan bəyanat Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli sədri Erkan Özorala təqdim edilib.

Emin Səfərov

www.yenicag.az

1929
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM