!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarsda iki azərbaycanlı öldü - Cənazələri Naxçıvana göndəriləcək - YENİLƏNDİ

!Reklam – Yazi

“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.

Yenicag.az xəbər verir ki, bunu  Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.

N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib:

“Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək”.

Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.

***

Dünən Türkiyədə baş verən qəzada 2 azərbaycanlı həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, dekabrın 18-də İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.

 

 

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv