Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarşıdakı müddətdə çağırışçıları çox ciddi şəkildə tibbi müayinədən keçirmək olar” – Tərlan Eyvazov

“Karantin və tibbi nəzarətdə olan iyirmi beş min nəfərin hamısını xəstəxanaya yerləşdirmək imkan xaricindədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddətinin mayın 31-nə qədər uzadılmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov bildirib.

Ekspertin sözlərinə görə, Orduda virus riskinin önlənməsi baxımından, çağırış müddətinin uzadılması doğru və məntiqli addımdır:

“Hərbi xidmətə çağırılan vətəndaşlarımızın sağlamlığından tam arxayın olmadan, onları Silahlı Qüvvələrin sıralarına cəlb etmək doğru olmazdı. Sizin sayta bir neçə gün əvvəl verdiyim açıqlamada da çağırış müddətinin uzadılmasının vacibliyini qeyd etmişdim və dövlət də şəraiti nəzərə alaraq, həqiqi hərbi xidmətə çağırışın vaxtını bir ay uzatdı.

Hesab edirəm ki, bu iki ay müddətində çağırışçıları çox ciddi şəkildə tibbi müayinədən keçirmək olar. Bundan əlavə, Silahlı Qüvvələrin daxilindəki həkim komissiyaları da çağırışçıları təkrar müayinə edəcəklər və virus daşıyıcısı olduğu aşkarlanan heç bir şəxs Ordu sıralarına götürülməyəcək. Eyni zamanda, şükür olsun ki, Orduda yoluxma halı yoxdur”.

Tərlan Eyvazov son günlərdə ölkənin bir sıra sərhəd-keçid məntəqələrində şəraitsizliyin hökm sürdüyünə dair iddialara da münasibət bildirib:

“Operativ Qərargahın verdiyi məlumatdan aydın olur ki, karantində və nəzarətdə olan insanların sayı iyirmi beş min nəfərdir. Bu, əlbəttə, çox böyük rəqəmdir. Onların hamısının xəstəxanalarda yerləşdirilməsi qeyri-mümkündür.

Bu səbəbdən də, həmin vətəndaşlarımızın bir hissəsi Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin xüsusi çadırlarında yerləşdiriliblər. Nədənsə, bəziləri bu çadır məsələsini çox qabardırlar. Ancaq bizim vətəndaşlar bu vəziyyəti anlayışla qarşılamalıdırlar.

Müharibə nəticəsində bir milyon vətəndaşımız öz yurdundan didərgin düşdü, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldı. Bilirsiniz, o əhalinin əksəriyyəti şəraiti məlum olan çadırlarda yerləşdirilmişdi. Ancaq qeyd etdiyim nazirliklərin hazırladıqları çadırlarda hər bir şərait yaradılıb. Ən əsası, indiki vəziyyətdə təşvişə düşməməliyik. O çadırları isə sensasiya kimi təqdim etmək, yumşaq deyilsə, heç də yaxşı hal deyil”.

Səxavət Məmməd

www.yenicag.az

734