!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarşıdan gələn Qurban bayramı qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, qarşıdan Qurban bayramı gəlir. Hər il bu bayramda, adətən, bazar qiymətlərində dəyişikliklər olur.

Bəs bu il necə olacaq? Qiymət artımı gözlənilirmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Qurban bayramı qiymətlərində hər il fərq olur:

“Həm ətin, həm də mal-qaranın qiymətində artım müşahidə edilir. Nəzərə alsaq ki, ötən il və bu il inflyasiyanın ən yuxarı olduğu dövrdür, o zaman bu il də istisna deyil. Amma düşünürəm ki, bu artım dinamikası müvəqqətidir və mövsümü xarakter daşıyır. Daha sonra isə yenə əvvəlki qaydasına düşəcək. Artım məbləği ötən illərdən çox da fərqlənməyəcək”.

Şahanə Paşa

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv