!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarşıdurmanın PƏRDƏARXASI - Rusiya nəyə görə müharibəyə başladı? 

!Reklam – Yazi

“Düşünürəm ki, Rusiyanın məqsədi Donbas bölgəsini götürüb, Xarkov və Odessa istiqamətində möhkəmlənməkdir. Çox təəssüf ki, Qərb burda yalnız bəyanatlarla kifayətlənir. Gürcüstanda baş verən proseslərin olması da gözlənilir”.

Bu fikri Ukrayna-Rusiya arasında baş verən müharibə, müharibəyə səbəb olan proseslər və döyüşlərin arialını şərh edən hərbi ekspert Ramil Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Ramin Məmmədli öncə Ukrayna-Rusiya arasındakı konflktin yaranma səbəblərinə toxunub:

“Bu gün də, dünən də öz xarici siyasətlərini regional güclərin və strateji maraqların üzərində qurmağa çalışırlar. “Ağam mənə gəl deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə ölkələr öz xarici siyasətini qurmur. Bu baxımdan Ukraynanın 1992-ci ildən başlayan daxili siyasətində proseslər rəsmi Moskvada qıcıq yaratmağa başladı. Bu qıcığın yaranmasının əsas səbəbi də, Ukraynada yaşayan ruslara və rus dilinə münasibət idi. Rusdilli şəxslərin fəaliyyəti məhdudlaşdırılırdı. Ancaq Rusiya bu prosesi konflikt hədinə gətirib çıxarmamışdı. Ukrayna-Rusiya görüşləri müttəfiq, qarşılıqlı anlaşma formasında həyata keçirilirdi. Ancaq 2013-cü ildə Maydan hərəkatı münasibətlərin kəskinləşməsinin pik həddi oldu və bildiyimiz kimi, Ukraynada hakimiyyətə gələn yeni klan ABŞ-ni, NATO-nu öz ölkəsinə dəvət etdi və Qərbi müttəfiq olaraq görməyə başladı. Dünyada bir müharibə var, o da Şərqlə Qərb arasında olan müharibədir. Bu müharibədə qərbdə ABŞ və Böyük Britaniya, Şərqdə isə Rusiya və Çindir. Ukrayna Qərbə hərbi strateji baxımdan inteqrasiya etməyə və yeni hərbi bazalar yaratmağa başladı. Bu isə Rusiyanın strateji maraqlarının əksinə idi. Xarkovla Moskva arasındakı məsafə 500 km-dir. Rusiya heç vaxt qəbul edə bilməz ki, Moskvanın 500 km-də ABŞ taktiki raket kompleksi, radio-lokasiya sistemi qursun. Belə olan təqdirdə Ukrayna ilə Rusiya arasında hibrit müharibə başladı. Birinci mərhələdə Donetsk, Luqansk, Donbas məsələsi ortaya çıxdı. Bu illər ərzində münaqişənin həlli istiqamətində əsaslı addım atılmadı. Zelinski hakimiyyətə gələndən sonra Rusiyaya qarşı açıq şəkildə bəyanatlar verməyə başladı”.

Başlamış hərbi əməliyyatlarla bağlı isə hərbi ekspert bunları deyib:

“Artıq hərbi əməliyyatlar başlayıb. Rusiyanın müttəfiqi Belarus istiqamətindən Ukraynanın şimal ərazilərindəki hərbi obyeklərə zərbələr endirilir. Ukraynanın qərb istiqamətindəki hərbi bazalara da zərbələr endirilib. Kiyevin yaxınlığında yerləşən hərbi bazalardan biri vurulub. Ümumilkdə, Ukrayna ərazisində yerləşən bütün hərbi bazalara bir birinin ardınca 4-5 raket zərbələri endirilir. Ukrayna hökuməti təbii ki, bu itkiləri gizlədir. Həmçinin Xarkov, Odessa istiqamətinə yerüstü əməliyyatlar başlayıb”.

Səxavət Məmməd

www.yenicag.az

912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv