!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarşılıqlı hesablaşmada milli valyutalara keçilsə, yəqin ki, ödənişlər daha çox rublla olacaq” - ŞƏRH

!Reklam – Yazi

“Normalda nə Azərbaycanın Rusiya rubluna, nə də Rusiyanın Azərbaycan manatına ehtiyacı var”.

Bu fikirləri Azərbaycan və Rusiya prezidentləri tərəfindən ötən gün imzalanan Moskva Bəyannaməsində qarşılıqlı hesablaşmalarda milli valyutadan istifadə haqqında müddəanı dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu müddəanın tətbiqi ciddi beynəlxalq sanksiyalarla üzləşən Rusiyaya daha çox lazımdır:

“Əslində, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə hazırda geniş yayılmış beynəlxalq təcrübədir. Yəni müxtəlif ölkələr öz aralarında hesablaşarkən, artıq ABŞ dolları və ya avrodan deyil, məhz öz valyutalarından istifadə edirlər. Bunun mexanizmi sadədir.

Eyni zamanda, Moskva Bəyannaməsində də Azərbaycanla Rusiyanın qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə nəzərdə tutulub. Açıq deyə bilərik ki, mövcud şəraitdə bu müddəanın tətbiqi ciddi beynəlxalq sanksiyalarla üzləşən Rusiyaya daha çox lazımdır.

Bildiyiniz kimi, Ukrayna ərazilərini işğal etdiyi üçün Rusiyaya qarşı çox ciddi beynəlxalq sanksiyalar tətbiq olunur. O məhdudiyyətlər həm də maliyyə-bank sektorunu əhatə etdiyinə görə ticari hesablaşmalarda milli valyutalardan istifadə Rusiyadan ötrü daha məqbul variantdır. Hətta Rusiyanın yaxın vaxtlarda beynəlxalq hesablaşma sistemindən çıxarılması da gözlənilir. O baxımdan, normalda nə Azərbaycanın Rusiya rubluna, nə də Rusiyanın Azərbaycan manatına ehtiyacı var.

Belə düşünürəm ki, bunun mexanizmi hazır olduqdan sonra Azərbaycanla Rusiya arasında qarşılıqlı hesablaşmada milli valyutalara keçilsə, yəqin ki ödənişlər daha çox rublla olacaq. Ancaq təbii ki, Rusiya da Azərbaycandan aldığı bir çox məhsulların dəyərini manatla ödəməli olacaq”.

A.Zeynalov

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv