!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarşılıqlı “sülh planı” MÜBADİLƏSİ: “Azərbaycanla Ermənistan nə qədər tez anlaşsa...”

!Reklam – Yazi

“ABŞ-nin gələcək planlarında bütün bölgəni nəzarətdə saxlamaq üçün “müqəddəs üçlük” lazımdır”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişini və qarşılıqlı “sülh planı mübadiləsi”ni dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan və Ermənistanın mümkün qədər tez anlaşması regionun gələcəyi üçün vacibdir:

“Tərəflərin bir-birinə sülh paketləri göndərməsi normal haldır. Hər iki ölkənin öz maraqları var və onlar öz mənafelərini müdafiə etmək istəyir. Azərbaycanın mövqeyi daha güclüdür, çünki müharibədə Ermənistanı darmadağın edib və hərbi baxımdan onu xeyli üstələyir.

Azərbaycanın müttəfiqi olan Türkiyə bizim güclənməyimizdə maraqlıdır. Ermənistanın ən güclü müttəfiqi isə Rusiya idi. Rusiya indi görür ki, Ermənistan sadiq deyil, Qərbə baxır. Ona görə də, Ermənistanla maraqlanmır. Ermənistan Rusiyadan fərqli olaraq, ABŞ üçün maraqlıdır. Bu da səbəbsiz deyil.

ABŞ-nin gələcək planlarında bütün bölgəni nəzarətdə saxlamaq üçün “müqəddəs üçlük” lazımdır – İsrail, Ermənistan və yaratmaq istədiyi Kürdüstan. Çalışır ki, kürd xalqı da ölənə qədər ABŞ-yə minnətdar qalıb, bütün qonşu dövlətlərlə kəllə-kəlləyə gələ bilsin, ABŞ-nin xarici siyasətinin aləti olsun. Bu, ABŞ-nin istəyidir.

Ancaq nə kürdlərdə, nə də ermənilərdə bu alınmır. Erməni xalqının köklü maraqları qonşu ölkələrlə pozitiv münasibət qurmaqdan keçir. Biz ermənilərlə dil tapmalıyıq. Nə onlar buradan köçüb gedəcək, nə də digər qonşular.

Gözümüzün qabağında nümunələr var. Avropada bütün dövlətlər bir-biri ilə müharibə aparıb. Qırıblar, xəyanət ediblər, işgəncə veriblər, ancaq İkinci Dünya Müharibəsindən sonra belə nəticəyə gəliblər ki, barışıq daha yaxşıdır. ABŞ-nin fitvası ilə keçmiş Yuqoslaviyada baş verən müharibəni saymasaq, çalışırlar ki, dinc yaşasınlar. Müşkülləri, mübahisələri var, ancaq bunu müzakirə ilə həll edirlər”.

Səxavət Məmməd

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv