!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa..." - Türkiyə ilə birgə müəssisələr yaradılsın – İqtisadçıdan TƏKLİF

!Reklam – Yazi

“Türkiyə ilə birgə müəssisələr açaraq Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası ixrac etmək doğru yoldur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin iqtisadi təsirlərini dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı təklif edir ki, Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin yüksəlməsi vacib olsa da, birgə müəssisələr yaradılsın.  Bunun Azərbaycan üçün daha vacib olduğunu vurğulayan iqtisadçı qeyd edib:

“Türkiyənin yüngül sənaye (tekstil), mebel, məişət texnikası və s. sahələrin istehsalında böyük potensialı və təcrübəsi var. Əsasən də işğaldan azad edilən regionlarda böyük tekstil fabriklərinin, yeni sənaye müəssisələrinin yaradılması istiqaməti üstünlük təşkil etməlidir. Bu, həm yeni iş yerləri, həm də Azərbaycan üçün yeni ixrac potensialı deməkdir. Məmləkətimizin ciddi logistik və coğrafi üstünlüyü var. Türkiyə ilə birgə müəssisələr açıb Azərbaycandan Rusiyaya, Orta Asiya ölkələrinə, Ukraynaya tekstil, mebel, məişət texnikası ixrac etmək daha məntiqli və doğru yoldur. Pambığı xammal kimi satmaqdansa, ondan pal-paltar istehsal etmək daha yaxşıdır. Qarşılıqlı ticarət dövriyyəsinin artırılmasındansa, birgə istehsalın genişlənməsinə daha çox önəm verilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv