!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qasırğa Şəkidə fəsadlara yol açdı

!Reklam – Yazi

Bu gecə Şəki şəhərində güclü yağış və küləklə müşahidə olunan qasırğa fəsadlar yaradıb.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, güclü küləklə müşahidə olunan qasırğa daha çox şəhərin yeni yaşayış massivində, 104-cü məhəllədə müşahidə olunub. Belə ki, külək bir neçə evin damını tamamilə dağıdaraq bir neçə yüz metr aralıya atıb. Həmçinin sahibkarlıq obyektinin də damını uçurub. Külək ərazidən keçən elektrik dirəklərini, yeni inşa edilən daş divarları da aşırıb.

Hazırda Şəki Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerindədir.

Komissiyanın üzvü Cahangır Nəbiyev lbildirib ki, qasırğa nəticəsində 6 evin damı ciddi zərər görüb. Həmçinin həyətyanı hasarlara ziyan dəyib. C.Nəbiyev qeyd edib ki, dəymiş ziyanla bağlı sənədləşmə işləri aparılaraq müvafiq orqanlara təqdim ediləcək.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv