!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxa yağan dolu fəsadlara yol açdı

!Reklam – Yazi

Qax rayonuna dolu və leysan yağıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.

Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən kanal daşıb.

Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsin bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda rayonda leysan davam edir.

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv