!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qayıdış Könüllüləri işğaldan azad olunan Talış kəndinə səfər ediblər - FOTOLAR

!Reklam – Yazi

 

“Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu Tərtərin işğaldan azad olunan Talış kəndinə səfər edib.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə təşkil olunan səfər zamanı könüllülər kənd ərazisini gəzərək buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat alıblarKönüllülərin diqqətinə çatıdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənd Qarabağ iqtisadi rayonu ərazisində tikilən ilk kənddir və sakinlərin rahat yaşamağı üçün hər cür şərait yaradılıb. Böyük Qayıdış proqramı çərçivəsində Talış kəndinə ilk mərhələdə 20 ailəköçürülüb. İkinci mərhələdə isə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda kənddə bərpa-quruculuq işləri davam edir.

Könüllülər daha sonra Talış kənd tam orta məktəbində kənddə məskunlaşan əhali iləgörüşüb, fikir mübadiləsi aparıb, öz təəssüratlarını onlarla bölüşüblər. Görüşdə bilidirilib ki, Qayıdış Könüllülərinin kəndə bu cür səfərlərinin tez-tez təşkil olunması, eyni zamanda Nümayəndəliklə birlikdə Talış kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Kənddən xoş təəssüratla ayrılan könüllülər səfərin sonunda Tərtərin işğaldan azad olunan Suqovuşan qəsəbəsinə də baş çəkiblər.

Qeyd edək ki, Müzəffər Ali BKomandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

Proqram çərçivəsində könüllülərin işğaldan azad olunmuş ərazilərdə müxtəlif könüllü fəaliyyətlərdə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak, buraya səfər edən yerli və xarici qonaqlarla iş, qayıdışa hazırlıq, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya dəstək, həmçinin Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub.Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları formalaşdırılıb. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv