Reklam

Reklam

Lənkəran rayon sakini qayınatasının evində özünü yandırıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib.

Belə ki, rayon sakini Elvin Əflatun oğlu Məmmədov əvvəllər vətəndaş nikahında olduğu Vüsalə Balamirzə qızı Cəfərovanın atasının yaşadığı ünvana gəlib. Qayınata-kürəkən arasında yaranan mübahisə zəminində Ə.Məmmədov üzərinə tezalışan maye tökərək özünü yandırıb. Ağır vəziyyətdə olan Ə.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bədən səthinin 3-4 dərəcəli yanığı diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, E.Məmmədov bir müddət V.Cəfərova ilə vətəndaş nikahında yaşayıb. Bu ilin əvvəlində V.Cəfərova evi tərk edib. Həyat yoldaşının yoxa çıxması barədə Ə.Məmmədov polis şöbəsinə məlumat verib.

V.Cəfərova birinci nikahından olan iki övladını isə atasının evində qoyubmuş. Sonradan V.Cəfarova ailəsi ilə telefon əlaqəsi saxlayaraq sağ olduğunu, sadəcə, öz həyatını yaşamaq istədiyini bildirib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1598
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    Click to Hide Advanced Floating Content