!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaz böhranında ən həssas ÖLKƏLƏR

!Reklam – Yazi

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Rusiyanın qaz təchizatını kəsməsindən ən çox təsirlənə biləcək Qərbi Avropa ölkələrinin Almaniya, Avstriya və İtaliya olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, “Fitch” öz hesabatında Almaniya, Avstriya və İtaliyanı təbii qaz böhranında həssas olmaları ilə bağlı xəbərdarlıq edib.

Almaniya və Avstriyanın qısamüddətli alternativ enerji tədarükü planının olmadığını bildirən təşkilat, İtaliyanın enerji istehlakında təbii qazın ən yüksək payına sahib olan Aİ ölkəsi olduğunu vurğulayıb.

Rusiyanın təbii qaz ixracından siyasi alət kimi istifadə etdiyini bildirən Fitch, Aİ-nin Rusiya qazından asılılığını azaltdığını, lakin Rusiyanın qaz tədarükünün kəsilməsini tam şəkildə kompensasiya etmək üçün 3 ildən çox vaxt lazım ola biləcəyini qeyd edib.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv