!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaz kəmərinin partlaması nəticəsində dörd nəfər həlak oldu

!Reklam – Yazi

Rumıniyanın Kelimeneşt (Vrança qəzası) qəsəbəsi yaxınlığında qaz kəmərinin partlaması nəticəsində dörd inşaatçı həlak olub, beş nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, hadisə yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə saat 02:30-da – red.) baş verib. Əvvəlcə partlayış olub, daha sonra yanğın başlayıb.

Təxminən üç saat ərzində yanğın söndürülüb. İlkin versiyaya görə, partlayış gecə işləri zamanı ekskavator çalovunun ehtiyatsızlıqdan qaz kəmərinin qoluna toxunması nəticəsində baş verib.
Mənbə: TASS

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv