!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qaz limiti ləğv olunmalıdır" - İqtisadçıdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Ötən il 3 milyardlıq qaz gəliri indi 15 milyarda çatır”.

Bu sözləri bir müddət öncə deputat Tahir Kərimlinin Milli Məclisin iclasında qaz limitinin ləğv olunması ilə bağlı irəli sürdüyü təklifi dəyərləndirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, insanların gəlirlərinin çox hissəsi kommunal xərclərə gedir. Bu isə vətəndaşların sosial rifahına mənfi təsir göstərməkdə davam edir:

“Havaların soyuq keçdiyini nəzərə alsaq, elektrik cihazları daha çox yüklənib və qaza tələbat da artıb. İlin axırı olduğuna görə, istehlakçıların əksəriyyəti qaz pulunu yuxarı tariflə ödəmək məcburiyyətindədirlər. Hətta sosial şəbəkələrdə vətəndaşlar qaz limitinin ləğvi ilə bağlı kampaniyaya da başlayıblar. Əslində qaz limiti ləğv olunmalıdır. İstənilən halda insanların gəliri elə səviyyədə olmalıdır ki, onlar kommunal xərcləri asanlıqla qarşılaya bilsinlər. İnsanların aylıq gəlirinin 20-30 faizi kommunal xərcə getməməlidir. Ona görə də əməkhaqqının artırılması vacibdir. Kommunal xərc üçün gəlirin 2-3 faizi yetərli olmalıdır. Ölkəyə kifayət qədər neft və qaz gəlirlərinin gəlməsinə baxmayaraq, əməkhaqqının arzuolunan səviyyədə olmaması təəssüf doğurur. Bu ilin ilk 10 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz gəlirləri 5 dəfə artıb. Ötən il 3 milyardlıq qaz gəliri indi 15 milyarda çatır”.

Gülşən Şərif

www.yenicag.az

2420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv