Qazanxanada partlayış: 1 ölü, 6 yaralı (VİDEO)

Məktəb qazanxanasında dəhşətli partlayış baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Zonquldak vilayətində yerləşən texnika və sənaye kollecinin qazanxanasında yaranan partlayış zamanı 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşını cəlb olunub.