!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazax nazirdən “rusofob” iddialarına CAVAB: “Mən bu obrazda təqdim etmək...”

!Reklam – Yazi

Qazaxıstanın informasiya naziri Əsgər Umarov ünvanına Rusiyadan səsləndirilən iddialara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Əsgər Umarov bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

Nazirin hər zaman tolerantlıq və xalqlar dostluğu prinsiplərinə sadiq qaldığını yazıb:

“Obrazımın təhrif olunması haqqında. Mən təqdim etməyə cəhd göstərdikləri obrazda deyiləm. Əvvəllər işlədiyim bütün vəzifələrdə rusiyalı və digər həmkarlarla məhsuldar iş aparmağa çalışmışam. Məsələn, Qələbə günü kimi ortaq tarixlərimizlə bağlı yaxşı layihələr həyata keçirmişik.

Tolerantlıq, xalqlar dostluğu, Qazaxıstan xalqının birliyi və qonşularla mehriban münasibətlər prinsiplərinə hər zaman sadiq olmuşam”.

O, Rusiya ilə münasibətlərin Qazaxıstan üçün əhəmiyyətli olduğunu dərk etdiyini də vurğulayıb.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv