Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxda ağır yol qəzası baş verib: 1 ölü, 3 yaralı

Qazaxda ağır yol qəzası baş verib.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “Mitsubishi” markalı minik avtomobilin “Opel” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Opel” markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalmış 3 nəfəri və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:01-də başa çatıb.

Yeniçağ.Az

www.yenicag.az

333