!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda məktəbliləri ildırım vurdu - Ölən var / FOTO - YENİLƏNDİ 

!Reklam – Yazi

Qazaxda  ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

Rayonun Birinci Şıxlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Nuray Osmanova hadisə yerində ölüb. Onun bacısı 4-cü sinif şagirdi Ayan Osmanova və onların qohumu 5-ci sinif şagirdi Əfsanə Məmmədzadə müxtəlif bədən xəsarəti ilə  Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər. Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görülərək evə buraxılıb. Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki hadisə şagirdlər məktəbdən evə qayıdan zaman baş verib.

***

16:18

Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.

Bu barədə Yenicag.az-a Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: “2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

www.yenicag.az

210
Ads
www.veteninfo.com
!Reklam – Arxiv