!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan dünya dəniz limanlarına ÇIXIŞ TAPDI - İran ərazisindən...

!Reklam – Yazi

Qazaxıstan BƏƏ şirkəti ilə birlikdə İran ərazisindən yüksək sürətli yükdaşımaları qurmağı planlaşdırır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Abu Dhabi Ports” ilə birgə müəssisənin fəaliyyətə başlaması Qazaxıstan ixrac mallarının Fars körfəzi, Yaxın Şərq, Pakistan, Hindistan və Şərqi Afrika sahilləri bazarlarına çatdırılması üçün ən qısa birbaşa marşrutun yaradılmasına imkan verəcək.

Bu məsələni baş nazir – Qazaxıstanın Ticarət və İnteqrasiya naziri Serik Jumanqarin və “Simatech Shipping & Forwarding” şirkətinin rəhbəri Davud Tafti arasında müzakirə aparılıb. Departament əlavə edib ki, əsas vəzifə kənd təsərrüfatı məhsullarının Əmirabad və Bəndər-Abbas (İran) limanları vasitəsilə Qazaxıstanın Kurık limanından Fars körfəzi ölkələrinə çatdırılması olacaq.

Şirkət rəhbəri qeyd edib ki, artıq hər birinin yükgötürmə qabiliyyəti 7500 ton olan dörd gəmi alınıb. Gəmilər İranın Xəzər sahilindəki Əmirabad limanındadır. Yaxın dörd ayda 200 yük maşınından ibarət parkın yaradılması planlaşdırılır. Kurık (Qazaxıstan) və Xəlifə (BƏƏ) limanları isə, baza limanları olacaq. Onlar bütün lazımi infrastruktur və texniki dəstək ilə birləşdiriləcək.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv