Qazaxıstan parlamenti ölkənin hərbi əmlakının Tacikistana verilməsiylə bağlı qanun layihəsini qəbul edib.
Yenicag.az xəbər verir ki, buna səbəb tacik-əfqan sərhədində vəziyyətin hər gün daha da pisləşməsidir.
Qanuna əsasən, Qazaxıstan Roxati stansiyasına qədər silahların daşınmasındakı bütün xərcləri öz üzərinə götürür. Tacikistanın öhdəliyi isə silahları üçüncü bir dövlətə verməməkdir.