!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan MN-dən Ermənistana silah tədarükü ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirliyin yaydığı bəyanatda deyilir.

“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub. Bununla əlaqədar vətəndaşlardan və KİV nümayəndələrindən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edirik”, – rəsmi bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan çıxışlarının birində ölkəsinin Qazaxıstanı potensial hərbi texnika tədarükçüsü hesab etdiyini bildirmişdi./Trend/

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv