!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan olaylarının 40-cı GÜNÜ: Müxalifət xalqa çağırış etdi – Tokayev hansı variantı seçəcək? – ŞƏRH

!Reklam – Yazi

“İnternetdən də izləyirik ki, yerlərdə əhalinin narazılığı azalmayıb və əvvəlki tələblər yenə qüvvədədir”.

Bu fikirləri Qazaxıstanda yanvarın ilk günlərində baş vermiş iğtişaşların 40-cı günü ərəfəsində müxalifət liderlərinin xalqı etiraz aksiyalarını bərpa etmək çağırışlarının mümkün nəticəsini dəyərləndirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

 

 

Onun fikrincə, məlum hadisələrin 40-cı günü ilə bağlı müəyyən aksiyalara cəhdlərin olacağı istisna deyil:

“Qazaxıstanda iğtişaşlar yatırılsa da, hadisələrin gedişi belə göstərir ki, problemlərin bir çoxu hələ öz həllini tapmayıb. Çünki elə etiraz aksiyalarının başladığı həmin şəhərcikdə insanlar yenə müəssisələrin qarşısına toplanaraq, işə bərpa olunmalarını, maaşların ödənilməsini və başqa sosial tələblər irəli sürürlər. Bunun isə iğtişaşlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Bildiyiniz kimi, Qazaxıstan prezidenti dünən Rusiyaya səfər edərək Putinlə görüşdü, ondan əlavə dəstək almağa çalışdı. Amma bu dəstəyın qarşılığında Aqazaxıstanın Rusiyadan asılılığının daha da artdığı nəzərə alınmalıdır. Ehtimal etmək olar ki, Tokayev yaxın vaxtlarda özünün ikinci ən böyük tərəfdaşı olan, Qazaxıstana irihəcmli investisiyalar yatıran Çinə də səfər edəcək.

Amma məsələ bundadır ki, Tokayev insanların ilk gündən səsləndirdikləri və məlum olaylara yol açmış problemləri həll edə bilmir. Onun müəyyən çıxışları və açıqlamaları olsa da, internetdən də izləyirik ki, yerlərdə əhalinin narazılığı azalmayıb və əvvəlki tələblər yenə qüvvədədir.

Qazaxıstan müxalifətinin xaricdəki təmsilçilərinin ölkədə etiraz aksiyalarının bərpasına dair çağırışlarına gəldikdə isə onu demək olar ki, Almatı və başqa şəhərlərdə müəyyən hərəkətlənmələr ola bilər. Ancaq bu cəhdlərin böyük iğtişaşlara çevriləcəyini zənn etmirəm. Çünki Qazaxıstan hakimiyyətinin “ekstremist” adlandırdığı şəxslərin çoxu neytrallaşdırılıb. Bununla belə, dinc nümayişlərin təşkilinə də cəhdlərin olacağı istisna deyil.

Tokayevin o nümayişlərə imkan verərək əhalinin öz tələblərini səsləndirməsinə şərait yaratmaq və ya polis gücünə o təşəbbüslərin qarşısını almaq kimi variantları var. Onun bu variantlardan hansını seçəcəyini qarşıdakı günlərdə görəcəyik”.

A.Zeynalov

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv