!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan Rusiyaya QARŞI ÇIXDI: Yüzlərlə malın tədarükü DAYANDIRILDI

!Reklam – Yazi

Qazaxıstan beynəlxalq sanksiyalara görə Rusiyaya yüzlərlə mal tədarükünü dayandırıb.

Yenicag.az xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.

O bildirib ki, Qazaxıstan Rusiyaya 106 adda malın tədarükünü dayandırıb.

Torebayev qeyd edib ki, malların ixracına qoyulan məhdudiyyət dünyadakı vəziyyətlə bağlıdır.

“Bu, 106 müxtəlif məhsuldur. Biz onların ixracını tamamilə məhdudlaşdırmışıq. Bunlar hərbi mallardır. Məsələn, dronlar, daxili hissələr, ixtisaslaşdırılmış elektronika, çiplər və bu kimi məhsullardır”, – deyə o qeyd edib.

Bundan əvvəl Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov əmin edib ki, Qazaxıstan sanksiyaların aradan qaldırılması üçün öz platformasını Rusiyaya vermək niyyətində deyil.

Xuraman Etibarlı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv