!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstan üçün Özbəkistan ssenarisi: “Tokayev özünü Nazarbayevlə toqquşmağa hazır sayır”

!Reklam – Yazi

“Prezident postunu tutan şəxs başının üstündə başqa bir nəzarət funksiyasının olmasını qəbul etməz”.

Bu fikriləri Yenicag.az-a açıqlamasında Qazaxıstan prezidenti Qasım Cömərt Tokayev tərəfindən Senatın sədri, ölkənin qurucu prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın vəzifəsindən azad edilməsini dəyərləndirən politoloq Elxan Şahinoğlu söyləyib.

Elxan Şahinoğlunun sözlərinə görə, İslam Kərimov dönəmində Özbkistanda baş verən məlum proseslər Qazaxıstanda da təkrarlana bilər:

“Nursultan Nazarbayev dövlət başçısı postunu Tokayevə təhvil verdikdən sonra birinci prezidentin statusu artırıldı, ona lider statusu verildi, paytaxtın adı dəyişdirildi və qızı da vəzifəsini qorudu.

Amma birdən-birə belə bir qərar verilirsə, deməli, bunun ciddi əsasları var. Yəqin ki, bu qərar Nursultan Nazarbayevlə də razılaşdırılıb. Gələn xəbərlərə görə, burada korrupsiya ittihamları da ola bilər.

Çünki Dariga Nazarbayevanın və oğlunun adına İngiltərə banklarında vəsaitlərin olmasının üzə çıxma ehtimalı var. Bu, mənə Özbəkistanda baş verən hadisələri xatırladır. İslam Kərimov prezident olanda qızı ilə bağlı faktlar üzə çıxdı, onun özü özü qızının ev həbsinə alınması və pulların geri qaytarılması haqqında qərar verdi. İslam Kərimov artıq vəfat etsə də, qızı hələ həbsdədir.

Eyni hadisələr sanki Qazaxıstanda da cərəyan edir. Fərq ondadır ki, Nursultan Nazarbayev sağdır və lider statusunu saxlayır. İkinci ehtimal isə ondan ibarətdir ki, Tokayev Nazarbayevin rəyini almadan bu qərarı verib. Bu isə o deməkdir ki, Tokayev artıq hakimiyyəti öz əlində cəmləşdirmək istəyir və Nazarbayevlə konfliktə hazırdır. Bu ehtimalın az olduğunu düşünürəm. Fikrimcə, Dariga Nazarbayevanın vəzifədən kənarlaşdırlması atası ilə razılaşdırılıb”.

Politoloqun fikrincə, Dariqa Nazarbayevanın vəzifədəna azad edilməsi Qazaxıstanda çox kəskin siyasi mühitin formalaşmasına gətirib çıxaracaq:

“Nazarbayevanın ətrafında qalmaqallar çox idi. Onun keçmiş həyat yoldaşı Avropa ölkələrindən birində səfir kimi də çalışdı və sonra müxalifətə keçdi. Bir müddət sonra isə müəmmalı şəkildə vəfat etdi. Onun qətlə yetirilməsi ilə bağlı iddialar da var idi. İzlər isə Qazaxıstana aparırdı.

Nazarbayevanın oğlu da ciddi ittihamlar səsləndirir. Onun da bu proseslərdə müəyyən qədər rolu ola bilər. Ümumiyyətlə, mənə elə gəlir ki, Nazarbayevlər ailəsi üçün sonun başlanğıcı göründü”.

Elxan Şahinoğlu Tokayevin prezidnet kimi müstəqil siyasət yürütmək istədiyini və Nazarbayevin nəzarətindən çıxmaq qətiyyətinin olduğunu dilə gətirib:

“Əlbəttə, aydındır ki, Tokayev Nazarbayevə qarşı birbaşa qiyam qaldırmaz. Amma yenə Özbəkistanla paraleləşdirmə aparmaq istəyirəm. İslam Kərimov vəfat etdikdən sonra varis kimi Şavkat Mirziyoyev hakimiyyətə gəldi.
Fikir verin, üstündən nə qədər müddət keçib və ölkədə Kərimova aid heç nə qalmayıb. Mirziyoyev Kərimovun siyasətinin üstündən xətt çəkdi və ciddi islahatlara başladı.

Nazarbayevdən sonra Tokayev də daxili və xarici siyasətini 180 dərəcə dəyişə bilər. İndi edə bilmir, çünki Nazarbayev hər şeyə nəzarət edir. Amma hiss olunur ki, artıq Tokayev bu nəzarətdən çıxmaq istəyir. Prezident postunu tutan şəxs başının üstündə başqa bir nəzarət funksiyasının olmasını qəbul etməz. Tokayevin böyük ehtimalla belə bir arzusu var və nəsə etməyə çalışacaq”.

Qazaxıstanın siyasi və etnik cəhətdən həssas olduğunu vurğulayan politoloq belə bir şəraitdə atılacaq hər hansı bir addımın ökə üçün təhlükə yarada biləcəyini deyib:

“Qazaxıstan çox həssas ölkədir. Orada ziqzaq hərəkətlər etmək ölkə üçün təhlükə yarada bilər. Bu ökədə Rusiyanın, ABŞ-nin, Çinin gözü var. Qazaxıstan əhalisinin təqribən 40 faizi ya ruslar, ya da rusdillilərdir. Onlar tərəfindən zaman-zaman separatçı şüarlar da səsləndirilir.
Bir dəfə hətta Rusiya prezidenti Vladimir Putin Ukrayna hadisələrindən sonra belə bir ifadə də işlətmişdi: “Əgər Nazarbayev olmasaydı, Qazaxıstan adında dövlət olmazdı”.

Bu, guya Nazarbayevi tərfiləmək məqsədi daşıyırdı. Amma bu açıqlamanın ikinci tərəfi də var idi: “Bir gün Qazaxıstan Nursultan Nazarbayevdən fərqli xarici siyasət yürütsə, biz necə ki Ukraynanı parçaladıq, Krımı ilhaq etdik, Donbası ələ keçirtdik, eyni siyasəti Qazaxıstanda da yürüdə bilərik”.

Tokayav nələrisə dəyişmək istəyir, amma buna tam gücü çatmır. Amma Dariqa Nazarbayevanın vəzifədən azad edilməsi Qazaxıstanda çox ciddi bir addımın atıldığını göstərir”.

Aqil Bəkir

www.yenicag.az

1474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv