!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunan konfrans keçirildi

!Reklam – Yazi

Qazaxıstanın paytaxtı Astanada dünya şöhrətli qırğız yazıçısı və ictimai xadim Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, Qazaxıstan Xalq Assambleyasının Dostluq evində keçirilən konfransda Çingiz Aytmatovun Türk-İslam dünyası və eyni zamanda, bütün dünya ədəbiyyatına verdiyi böyük töhfələrdən, onun bədii yaradıcılıq nümunələrinin zənginliyindən bəhs olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandaki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, bütün konfrans iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Qazaxıstan xalqları Assambleyasına və Qırğızıstan Respublikasının səfirliyinə öz təşəkkürlərini bildirib. Səfir, bu cür elmi konfransların Türk Dünyası çərçivəsində getdikcə daha dinamik xarakter alan inteqrasiya proseslərinə öz töhfəsini verəcəyindən əminliyini ifadə edib.

Tədbirdə Çingiz Aytmatovun Azərbaycana xüsusi münasibətindən bəhs olunub. Dahi yazıçının 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərək, Azərbaycanın yüksək “Dostluq” ordeni ilə təltif olunması da vurğulanıb.

Tədbirdə həmçinin, Qırğızıstanın Qazaxıstandakı səfiri Dastan Düşekeyev, Özbəkistanın Qazaxıstandakı səfiri Səidikram Niyazxocayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyənin Qazaxıstandakı Səfirliyinin nümayəndələri, Qırğızıstan və digər ictimaiyyət nümayəndələri və Qazaxıstanda yaşayan soydaşlarımız iştirak edib.

Sonda ölkəmizin Qazaxıstan Respublikasındaki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən “TÜRKSOY-un 30 illiyi” yubiley medalı ilə təltif olunub./Apa/

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv