!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

!Reklam – Yazi

Qazaxıstanın şimalındakı Kostanay vilayətinin hakimiyyət orqanları meşə yanğınları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Bu barədə bazar günü vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Səlahiyyətlilərin məlumatına görə, bölgədən 1800 nəfər təxliyə edilib. “Məktəblərdə 200-ə yaxın insan yaşayır. Bir çoxları təhlükəsiz olduqlarından əmin olaraq evlərinə qayıdıblar, qalanları qohumlarının yanına gedib. 108 binaya ziyan dəyib, onlardan 98-i tamamilə yanıb”, – mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, tüğyan edən təbii fəlakət nəticəsində bir nəfər ölüb, on nəfər xəsarət alıb. Yanğının əhatə etdiyi ərazi 43 min hektardan çoxdur.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv