!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda parlament buraxıldı - Yeni sistemə keçid başlayır

!Reklam – Yazi

Ötən il etirazların keçirildiyi, onlarla insanın öldüyü Qazaxıstanda parlament buraxılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin buraxılması və martın 19-da növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Prezident Tokayev bundan sonra parlament seçkilərində qarışıq sistemin tətbiq ediləcəyini bildirərək, “Parlamentin və yerli məclislərin formalaşması ilə bağlı bu yeni model həm milli, həm də regional səviyyədə seçicilərin maraqlarını tam şəkildə qoruyacaq”, – deyib.

Tokayev yeni siyasi partiyaların yaradılması prosesinin asanlaşdığını qeyd edib:

“Xüsusən də yeni siyasi partiyaların qeydiyyatı üçün tələb olunan imzaların sayı 20 mindən 5 minə qədər azalıb. Partiyaların regional nümayəndələrinin minimum sayı 600-dən 200-ə endirilib. Bu və digər sistemli tədbirlərin nəticəsidir ki, uzun müddətdən sonra ölkəmizdə bir çox yeni siyasi partiyalar ilk dəfə dövlət qeydiyyatına alınıb”.

Siyasi partiyaların parlamentə daxil olma baryerinin 7 faizdən 5 faizə endirildiyini xatırladan Tokayev bütün bu institusional dəyişikliklərin siyasi rəqabəti gücləndirəcəyini və yeni siyasətçilərə yol açacağını bildirib.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv