!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanda referendum baş tutdu - Bu dəyişikliklər qəbul edildi - SİYAHI

!Reklam – Yazi

Qazaxıstanda referendum baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Konstitusiya referendumunda yerli vaxtla saat 22:00-a (Bakı vaxtı ilə saat 20:00) seçici fəallığı 68,44 faiz təşkil edib. Ölkənin 17 inzibati ərazi subyektinin hamısında seçki məntəqələri bağlanıb.

Bu barədə Mərkəzi Referendum Komissiyasının (MKK) keçirdiyi brifinqdə məlumat verilib.

Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 52 xarici ölkədə 65 məntəqə fəaliyyət göstərib.

Səsvermə siyahılarına 11,7 milyondan çox vətəndaş daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.

“Exit-poll”un nəticələrinə görə, seçicilərin 70%-dən çoxu Qazaxıstan konstitusiyasına dəyişiklikləri təsdiqləyib.

“İctimai Rəy” İnstitutunun məlumatına əsasən, respondentlərin 74,8 faizi, “Demokratiya İnstitutu”nun rəyinə görə isə respondentlərin 79,4 faizi düzəlişlərlə razılaşıb.

Dəyişikliklər arasında Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün qadağan edilməsi, respublikanın ilk prezidenti Nazarbayevin statusunun qeydinin silinməsi, onun iki müddətdən artıq seçilməsinə qadağa qoyulması da var.

Beləliklə, Qazaxıstanın idarəetmə forması super-prezident respublikasından prezidentli respublikaya keçəcək.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv