!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanın nəticəsiz qalan vasitəçilik missiyası: Tokayevin bu fikirləri maraq doğurdu

!Reklam – Yazi

“Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi təşəbbüsü yeni deyil. Hələ 1991-ci ilin noyabrında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Boris Yeltsinlə Bakıya, oradan da keçmiş DQMV-yə səfər etmişdilər. Lakin həmin missiya o zaman çox da uğurlu olmadı və nəticəsiz qaldı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

O, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistan səfərindən söz açıb.

Politoloq diqqətə çatdırıb ki, Qazaxıstan prezidentinin İrəvana rəsmi səfəri, orada müxtəlif məsələləri müzakirə etməsi, o cümlədən Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması ilə bağlı fikirləri maraq doğurub.

“Qazaxıstan prezidenti bundan əvvəl Azərbaycana gəlmişdi və birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstəyi ifadə etmişdi. Eləcə də Türkiyə və Özbəkistan liderlərindən sonra işğaldan azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya səfər edən üçüncü ölkə başçısı kimi Kasım-Jomart Tokayev tarixə düşüb. Bundan əlavə, Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə yaradıcılıq mərkəzi tikilib”, – deyə o əlavə edib.

O.Qasımov qeyd edib ki, Qazaxıstan özünün siyasi-iqtisadi münasibətlərində balansı gözləməyə çalışır. “Eyni zamanda, Rusiya ilə münasibətlər rəsmi Astana üçün əhəmiyyətlidir, lakin, eyni zamanda Qərb qonşusu Çinlə də böyük münasibətləri mövcuddur. Çünki Çinin Qazaxıstandakı investisiyaları 30 milyard dolların üstündədir”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, Qazaxıstanın Cənubi Qafqaza marağı, ilk növbədə, Azərbaycanla olan ikitərəfli əlaqələrə bağlıdır:

“İkincisi, Qazaxıstan özünün kommunikasiya xətlərini şaxələndirir, o cümlədən Transxəzər layihəsi iki ölkənin, habelə Gürcüstanın iştirakı həyata keçirilir. Hətta Qazaxıstan lideri Azərbaycanda olanda ilk yük qatarı da qəbul edildi.
Qazaxıstanın Zəngəzur dəhlizinə münasibəti bəllidir və rəsmi Astana bu xəttin açılmasını istəyir. Çünki özünün yüklərini Ukrayna-Rusiya savaşı səbəbindən Orta Dəhlizdən keçirməyi daha uyğun hesab edir. Bu baxımdan, Çinlə olan əlaqələr və Çinin Zəngəzur dəhlizinin açılmasına münasibəti məsələsi Qazaxıstan üçün önəm daşıyır”.
“Odur ki, Qazaxıstan liderinin Ermənistana səfərini müsbət dəyərləndirirəm. Bundan öncə də Qazaxıstanın xarici işlər naziri Ermənistanda səfərdə olmuşdu. Nəzərə almaq lazımdır ki, Qazaxıstan Ermənistanla müxtəlif formatlarda əməkdaşlıq edir ki, bunlar KTMT, MDB və Aİİ-dir. Amma bütün bu münasibətlərin səviyyəsinə baxmayaraq, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə mane olmayıb. Ona görə də mənə elə gəlir ki, Qazaxıstan prezidentinin Ermənistana səfəri Azərbaycan-Ermənistan münasibətlərində əhəmiyyətli təsirə malik olmasa da, müsbət yöndən nələrinsə olmasına kömək edə bilər”, – deyə həmsöhbətimizi fikrini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv