Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Qazaxlı Alik” iki qardaşı bıçaqlayıb

7cd4fad1968c79d7c1b341c0b6a4b061Tanınmış Qarabağ döyüşçüsü adam bıçaqlayıb.

Ağstafa rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini Alik Muradov aralarında yaranmış mübahisə zəminində həmyerliləri, Sərdar Əliyevi və onun qardaşı Babək Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən A. Muradov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, hadisəni törədən Alik Muradov Qarabağ müharibəsinin iştirakçısıdır. O, “Qazaxlı Alik” ləqəbi ilə məşhurdur.

www.yenicag.az

273