!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazın qiyməti ilə başlayan ARTIM DALĞASI: "Qərar ciddi narazılığa səbəb olacaq" - İQTİSADÇI

!Reklam – Yazi

“Kommunal xərclərin artırılması bütün sahələrdə qiymət artımı dalğasına səbəb olacaq”.

Yenicag.az xəbər verir ki, bunu ölkədə təbii qaz və işığın qiymətinin bahalaşmasını dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, qiymət artımı sosial vəziyyətin daha da pisləşməsinə və əhalinin daha da kasıblaşmasına səbəb olacaq:

“Əvvəl 2200 m3 olan və 10 qəpiyə satılan limit, indi 1200 m3-ə qədər azaldılıb. Yəni, əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəbikdən, 1200-2200 m3 arası 20 qəpikdən, 2200 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək. 2020-ci ilin məlumatlarına əsasən əhalinin 21%-i hətta 2200 m3 limiti belə keçib. Yəni, əhalinin ən azı 65-70%-i yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50% üçün qiymət artacaq, 50% isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək”.

Natiq Cəfərli vurğulayıb ki, əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətinin yüksəltmək üçün vəsaiti qalmır, qazancını ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir:

“Bu gün rəsmi rəqəmlərə görə əhali qazancının 55%-ni ərzağa, 25%-ə yaxınını isə kommunal xidmətlərə xərcləyir, toplamda 80% edir. Dünyada qazancının 25%-dən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır. Bu indikatora görə ölkəmizdə əhalinin 80%-i kasıbdır.

Elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla, 12 qəpikdən 13 qəpiyə qaldırılıb. Ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb. Bu isə o demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək. Elektrik enerjisinin 1 kVt/saat-nın qiymətinin saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilməsi ilə bağlı qərar isə ciddi narazılığa səbəb olacaq”.

Gülşən Şərif

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv