!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazinin çənəsini sındıran idmançı belə saxlanıldı - VİDEO

!Reklam – Yazi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntülərlə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yenicag.az-a bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis orqanında araşdırma aparılır.

N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv