!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazinin evi külə döndü: Köməyə ehtiyacı var - VİDEO

!Reklam – Yazi

Ötən ay Qəbələdə Vətən müharibəsi qazisi Xalis Əliyevin evi yanıb. Şəhərin Əhmədağa Bağırov küçəsində yerləşən evdə gecə saatlarında baş verən yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

Yenicag.az xəbər verir ki, qazinin qardaşı Hafiz Əliyevin bildirdiyinə görə, yeni ev inşa etdirmək ailənin imkanları xaricindədir: “Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etdik. Sağ olsunlar, bizi boş göndərmədilər, 500 manat verdilər. Amma bu məbləğlə problemi həll etmək mümkün deyil. Mən özüm telefon ustasıyam, 1400 manatlıq telefon təmiri aparatlarım da yanıb sıradan çıxıb. Bu səbəbdən işləyə də bilmirəm. Ev tikmək üçün heç bir vəsaitimiz, kənar yerdə torpağımız yoxdur”.

H.Əliyevin sözlərinə görə, beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb.

Problemlə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən bildirildi ki, qazinin ev məsələsi ilə bağlı ona köməklik olunacaq: “İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları, bələdiyyə sədri, icra nümayəndəsi qazinin ailəsi ilə görüşüblər. İcra başçısı qazinin ev məsələsinin həll edilməsi üçün tapşırıq verib. Bu məsələ müəyyən sahibkarlara yönəldiləcək, biz hazırda bu məsələ ilə məşğuluq. Qaziyə ilkin olaraq maddi vəsait ödənib ki, vəziyyətdən çıxsın. Tapşırığa uyğun olaraq, qazinin ev problemi həll olunacaq”.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv