!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qazprom” Ukraynada döyüşən hansı hərbi şirkətləri maliyyələşdirir?

!Reklam – Yazi

Rusiyanın “Qazprom” şirkətinin Ukraynaya qarşı müharibəyə cəlb olunan bir neçə özəl hərbi şirkəti maliyyələşdirdiyi aşkarlanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə araşdırmanın nəticələrini Rusiyanın müstəqil “Meduza” resursu açıqlayıb.

Məlumata əsasən, “Qazprom”un maliyyələşdirdiyi həmin özəl hərbi şirkətlər “Potok”, “Redut”, “Fakel” və “Plamya”dır.

Qeyd olunur ki, həmin şirkətlərin varlığı haqqında ilk dəfə bu ilin aprelində “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin danışıb. Onun sözlərinə görə, digər hərbi şirkətlərin döyüşçüləri Baxmut cəbhəsinin cinahlarında yerləşdirilib.

Lakin həmin döyüşçülər normal hazırlıq və təchizatın olmaması, həmçinin taktiki komandanlıq üçün kadr tapılmaması səbəbindən mövqelərini qoyub qaçıblar. Priqojin bildirib ki, nəzərdə tutulan hərbi şirkətlərin patronları “hesabatı Kremlə verirlər” və onların muzdlularına böyük pullar ödənilir.

Araşdırmada bildirilir ki, sözügedən hərbi şirkətlərin “Qazprom” tərəfindən maliyyələşdirilməsinə dair müyyən sübutlar da əldə olunub. Bu sırada jurnalist Aleksandr Kots “Qazprom”un “Potok”, “Fakel” və “Plamya” özəl hərbi şirkətlərini maliyyələşdirdiyini iddia edib.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv